Qadın sahibkarlar qan xeyriyyəçilərinə dəstək oldular
November 12, 2025Qadın sahibkarların əl işləri “Kiçik sahibkarların yaratdıqları” sərgisində nümayiş etdirilib
November 12, 2025Bakı Biznes Mərkəzində təşkil olunan tədbirdə 300-dən çox sahibkar iştirak edib
Fevralın 27-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və sərgi-satış yarmarkası keçirilib. Tədbirdə 300-dən çox sahibkar, dövlət qurumlarının nümayəndələri, eləcə də sahibkarlığın inkişafına dəstək göstərən qurumların təmsilçiləri iştirak ediblər.
Konfransın məqsədi kiçik və orta sahibkarların fəaliyyətinin təşviqi, onların məhsul və xidmətlərinin daha geniş auditoriyaya tanıdılması, həmçinin dövlət dəstəyi mexanizmləri barədə sahibkarlara məlumat vermək olub.
Tədbir çərçivəsində keçirilən sərgi-satış yarmarkasında yerli istehsalçılar və kiçik sahibkarlıq subyektləri öz məhsullarını nümayiş etdirib, biznes əlaqələrinin qurulması və satış imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparıblar.
İqtisadiyyat Nazirliyinin nümayəndələri çıxışlarında dövlətin kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi dəstək tədbirlərindən, güzəştli kredit və layihə proqramlarından danışıblar.
Tədbir iştirakçıları qeyd ediblər ki, belə konfrans və yarmarkalar yerli istehsalın təşviqinə, sahibkarlar arasında əməkdaşlığın güclənməsinə və ölkədə biznes mühitinin daha da yaxşılaşmasına mühüm töhfə verir.



