Qadın sahibkarların əl işləri “Kiçik sahibkarların yaratdıqları” sərgisində nümayiş etdirilib
November 12, 2025Azərbaycan və Həştərxan qadın sahibkarları əməkdaşlıq memorandumu imzalayıb
November 12, 2025Azərbaycan və Gürcüstan qadın işadamları birliyi gələcək əməkdaşlıq layihələrini müzakirə edib



2 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Gürcüstan Qadın İşadamları Birliyi arasında əməkdaşlıq və tərəfdaşlığın inkişafı üzrə memorandum imzalanma mərasimi keçirilib.
Tədbirin əvvəlində hər iki təşkilat iştirakçılara öz fəaliyyəti və gələcək planları haqqında məlumat verib, müştərək layihələr üzrə fikirlərini bölüşüblər. Daha sonra AQSİA-nın sədri Səkinə Babayeva və Gürcüstan Qadın İşadamları İctimai Birliyinin prezidenti Mzia Kereselidze tərəfindən rəsmi saziş imzalanaraq əməkdaşlıq təsdiqlənib.
Mərasimdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin biznes mühitinin qiymətləndirilməsi və sahibkarların maarifləndirilməsi sektorunun müdiri Anar Məmmədov, Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun baş məsləhətçisi Ulduz Babayeva, eləcə də “SKY WAY Capital” şirkətinin Gürcüstan və Azərbaycan üzrə Regional kuratoru Davit Kapanadze də iştirak edib.
Tədbirin məqsədi qadın sahibkarlar arasında regional əməkdaşlığı gücləndirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və yeni biznes layihələrinin həyata keçirilməsini təşviq etmək olub.

