Gürcüstan və Azərbaycanın qadın sahibkarları əməkdaşlıq memorandumu imzaladı
November 12, 2025Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasında növbəti görüş keçirilib
November 12, 2025Bakı Biznes Mərkəzində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib
AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Həştərxan vilayətini təmsil edən nümayəndə heyəti ilə “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
Bakı Biznes Mərkəzində baş tutan tədbirdə AQSİA ilə Həştərxan nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina imzalayıblar.
Tədbirdə çıxış edən şəxslər arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Həştərxan Vilayət Dumasının deputatı və “İşgüzar Qadınlar” Assosiyasiyasının üzvü İrina Brıntseva, AQSİA sədri Səkinə Babayeva, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan Mikromaliyyə Assosiyasiyasının icraçı direktoru Jalə Hacıyeva, Azərbaycanın 100 İşgüzar Qadınlar Klubunun sədri Tatyana Mikayılova və Salyan Resurs Mərkəzinin direktoru Sevda Quliyeva yer alıb.
Çıxışlarda tədbirin əsas məqsədinin qadın sahibkarlar arasında regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı layihələrin həyata keçirilməsi olduğu vurğulanıb.



