Bakıda “Women’s Entrepreneurship Summit 2025” keçirilib
November 28, 2025Kids Academy “Qadın məşğulluğunu ən çox artıran şirkət” nominasiyasının qalibi oldu
November 28, 2025Azərbaycanda qadın sahibkarlığı uğurlu fəaliyyətləri ilə beynəlxalq səviyyədə tanınıb


Türkiyədə keçirilən “Təşəbbüskar Qadınlar Gücü” yarışmasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) xanım üzvləri də mükafatlandırılıb. Müsabiqə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (#ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (#KOBİA) birgə əməkdaşlığı ilə elan edilmişdir.
Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın qadın sahibkarlıq təşkilatlarının rəhbərləri uğurlu fəaliyyətlərinə görə Türkdilli Dövlətlər Təşkilatı və Türkiyə Odalar və Birjalar Birliyi (#TOBB) tərəfindən təltif olunub. Bu mükafatı Azərbaycanda qadın sahibkarlığını təmsil edən #AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva qəbul edib.
Yarışmada “Qadın məşğulluğunu ən çox artıran şirkət” nominasiyasında “Kids Academy” MMC-nin rəhbəri Tamilla Musayeva, “Ən sürətlə böyüyən qadın sahibkarlıq şirkəti” nominasiyasında isə Məlhəm Beynəlxalq Xəstəxanasının rəhbəri Sevda Əlizadə mükafatlandırılıb.
Eyni zamanda “Azerbaijan Coca-Cola Bottlers” şirkəti qadınların inkişafı və məşğulluğunun artırılması sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə müsabiqənin “Qadın məşğulluğunda ən çox artım göstərən şirkət” nominasiyasının qalibi seçilib. Rəsmi mərasimdə şirkətin baş direktoru Rəna Məmmədovaya qadın məşğulluğunu artırmaq istiqamətində həyata keçirilən davamlı layihələrə görə xüsusi mükafat təqdim olunub. Mükafatı #TOBB sədri Rıfat Hisarcıklıoğlu və Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev təqdim ediblər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA) olaraq, üzvlərimizi təbrik edir və fəaliyyətlərində yeni uğurlar arzu edirik.

