AQSİA üzvləri Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında Zəfərimizi qeyd etdi
November 22, 2025“Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfrans keçirilib
November 28, 2025Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilən mərasimdə media təmsilçilərinin fəaliyyəti yüksək qiymətləndirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə il ərzində respublikada qan donorluğunun inkişafına verdiyi mediа dəstəyinə görə bir sıra KİV nümayəndələri təltif olunublar.
Tədbir çərçivəsində əvvəlcə Qarabağın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək son illərdə gənclər siyasəti və gənclərlə iş sahəsində əldə edilmiş mühüm nailiyyətlərdən söz açıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi ilə bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin sədri Səkinə Babayeva çıxışı zamanı tədbirin təşkilinə töhfə verən bütün qurumlara təşəkkür edib. O, ölkədə qan donorluğunun inkişafına dəstək göstərən ictimai birliklərin, dövlət qurumlarının və media nümayəndələrinin əməyinin xüsusi dəyərləndirildiyini bildirib.
Səkinə Babayeva qeyd edib ki, Azərbaycan jurnalistləri II Vətən müharibəsi dövründə böyük fəallıq nümayiş etdirərək ön cəbhədə baş verənləri operativ şəkildə ictimaiyyətə çatdırmış, ən çətin məqamlardan peşəkar reportajlar hazırlamışlar. Onun sözlərinə görə, Azərbaycan xalqı media nümayəndələrinin o dövrdə göstərdiyi fədakarlığı heç vaxt unutmayacaq.



