AQSİA sədri Səkinə Babayeva Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının iclasında iştirak edib
November 22, 2025KİV nümayəndələri qan donorluğunun inkişafına verdikləri dəstəyə görə təltif olundular
November 28, 2025II Qarabağ müharibəsində qazandığımız Zəfər münasibətilə sahibkar xanımlar şəhidlərin əziz xatirəsini yad ediblər
Dekabrın 3-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri II Qarabağ müharibəsində qazandığımız Zəfər münasibətilə Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olublar.
Ziyarət öncəsi Ulu öndər Heydər Əliyevin məzarı önünə AQSİA tərəfindən xatirə olaraq gül çələngi qoyulub. Daha sonra üzvlər akademik Zərifə Əliyevanın məzarına da gül dəstələri düzüblər.
Sahibkar xanımlar Şəhidlər Xiyabanına keçərək torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər. Məzarlar üzərinə güllər düzülərkən AQSİA-çılar fikirlərini də bölüşüblər.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib:
“Biz bugün bura başımıza qara deyil, ağ şal örtüb gəlmişiksə bu bizim başımızın dik olmasının göstəricisidir,” – deyə S.Babayeva vurğulayıb.
Ziyarətdə iştirak edən digər sahibkar xanımlar da ürək sözlərini bölüşərək Ali Baş Komandana və müzəffər Azərbaycan Ordusuna təşəkkürlərini bildiriblər.



