“İllər Sizi Dəyişməsin” layihəsi qadın sahibkarları bir araya gətirdi
November 21, 2025Sahibkarlarla məhkəmə-hüquq islahatları müzakirə edilib
November 21, 2025İftar süfrəsində ikili biznes əlaqələri müzakirə edildi və sənət sərgisi təşkil olundu

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) üzvləri və qonaqlar üçün iftar mərasimi təşkil edib. Tədbir **“Dreamland”**də keçirilib və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Prezident Administrasiyasının nümayəndəsi Bəhruz Həsənov, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Ufuk Turganer, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, həmçinin hər iki ölkəni təmsil edən iş adamları və digər qonaqlar iştirak ediblər.
Səmimi ab-havada keçən mərasimdə iş adamları ikili biznes əlaqələrinin möhkəmləndirilməsi üçün müxtəlif məsələləri müzakirə ediblər.
Tədbir çərçivəsində məşhur azərbaycanlı rəssam, ipək üzərində “Qurani-Kərim” əsərinin müəllifi Tünzalə Məmmədzadənin sərgisi də təşkil olunub və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.



