Şabran rayonunda qadınlar üçün “Mentorluq nədir?” mövzusunda təlim keçirilib
November 21, 2025TÜİB iftar mərasimi çərçivəsində iş adamlarını bir araya gətirdi
November 21, 2025AQSİA üzvləri üçün dermatologiya və kosmetologiya sahəsində seminarlar və təlimlər keçiriləcək



21 May 2019-cu il tarixində Vafa Dermatologiya və Estetika Klinikasının təşəbbüsü və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə assosiasiya üzvü olan sahibkar qadınlar üçün “İllər Sizi Dəyişməsin” adlı layihə təqdim edilib.
Klinikanın baş həkimi, Almaniyada təhsil almış dermakosmetoloq Vəfa Cəlilova, uzun illərdir Azərbaycanda bu sahədə fəaliyyət göstərir və peşəkar işləri ilə seçilir. Klinika ölkəmizdə fəaliyyət göstərən ilk özəl dermatoloji klinika olaraq yüksək keyfiyyətli xidmət təqdim edir, dəri xəstəliklərinin diaqnozu və müalicəsini təklif edir.
2019-cu ilin ilk rübündən etibarən AQSİA-nın üzvü olan klinika, assosiasiya üzvləri üçün dermatologiya və kosmetologiya sahəsində seminar və master-klasslar təşkil etməyi planlaşdırır.
Layihənin məqsədi qadınlara kiçik toxunuşlarla xoş görünüş əldə etməyə kömək etmək, eyni zamanda 5 gənc xanımı sertifikatlandıraraq daimi işlə təmin etməkdir. Gələcəkdə layihənin davamı olaraq, texnoloji avadanlıqlardan istifadə edərək Bakıda və regionlarda ehtiyacı olan qadınlar üçün sosial məqsədli tədbirlər də keçiriləcək.

