Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kəlağayısının UNESKO-da tanınmasının 5 illiyinə həsr olunmuş moda nümayişi keçirilib
November 21, 2025Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Опора России” arasında əməkdaşlıq memorandumu imzalanıb
November 21, 2025Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tədbirdə iştirak edib


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın birillik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərə dair iclas keçirilib. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, KOBİA-nın nümayəndələri və şuraya daxil olan 14 qeyri-hökumət təşkilatı və assosiasiya rəhbərləri iştirak ediblər.
İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İctimai Şuranın fəaliyyətinə dair hesabatın dinlənilməsini, növbəti il üçün planların müzakirəsini və şuranın KOBİA-dan gözləntilərinin öyrənilməsini iclasın əsas məqsədi kimi vurğulayıb. O, 2020-ci ildə İctimai Şuranın sahibkarların maarifləndirilməsi və Agentliyin dəstək xidmətlərinin təbliğində daha aktiv iştirak etməsinin vacibliyini qeyd edib.
Sonra İctimai Şuranın sədri Fərhad Qaraşov 1 illik fəaliyyət barədə hesabat təqdim edib. Bildirilib ki, şura 2018-ci ilin noyabrında Agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi və kiçik və orta biznesin inkişafının dəstəklənməsi məqsədilə yaradılıb. Ötən müddətdə şura təhsil, maliyyə bazarlarına çıxış, tibb, turizm və KOB-ların inkişafında ictimai şuraların rolu mövzularında müzakirələr keçirib. Dekabrın 10-da isə gənc sahibkarlar forumunun təşkil olunacağı bildirilib.
İclasda şura üzvlərinin təklifləri dinlənilib, müzakirələr aparılıb. Həmçinin, Orxan Məmmədov Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən narçılıqla məşğul olan fermerlərə göstərdiyi dəstəyə görə “Azərbaycan narı” döş nişanını təqdim edib. İctimai Şuranın üzvləri isə şuranın işində aktiv iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar.

