KOBİA yanında İctimai Şuranın birillik fəaliyyəti və 2020-ci il planları müzakirə edilib
November 21, 2025“Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” – II Qlobal Sahibkarlıq Forumu keçirilib
November 21, 2025Qadın sahibkarlığının inkişafı və qarşılıqlı layihələrin təşkili istiqamətində əməkdaşlığa start verilib
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva ilə “Опора России” – “Rusiyaya Dəstək” Kiçik və Orta Müəssisələrin Ümumrusiya İctimai Təşkilatının vitse-prezidenti Ömərov Eduard Zakiroviç arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum çərçivəsində tərəflər qadın sahibkarlığının inkişafı, biznes sahəsində təcrübə mübadiləsi, qarşılıqlı layihələrin təşkili və iki ölkə arasında kiçik və orta müəssisələrin dəstəklənməsi sahələrində əməkdaşlıq edəcəklər. Bu addım həm Azərbaycan, həm də Rusiya sahibkarları üçün yeni imkanlar açır və qadınların iqtisadi fəallığının artırılmasına töhfə verməsi gözlənilir.



