Səkinə Babayeva beynəlxalq “İpəkyolu” mükafatına layiq görüldü
November 21, 2025AQSİA nümayəndələri “650 min ağacın əkilməsi” kampaniyasında iştirak edib
November 21, 2025300-dən çox gəncin qatıldığı forumda sahibkarlığın təşviqi, əməkdaşlıq memorandumları və təcrübə mübadiləsi ön planda olub
Dekabrın 10-da Bakı Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər Fondu və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə I Gənc Sahibkarlar Forumu keçirilib. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, dövlət qurumlarının təmsilçiləri, ictimai təşkilat rəhbərləri, eləcə də sahibkarlığa maraq göstərən gənclər iştirak edib. Forumda ümumilikdə 300-dən çox iştirakçı bir araya gəlib.
Gənclər arasında sahibkarlıq fəaliyyətinə marağın artırılması, onların biznes təşəbbüslərinin dəstəklənməsi məqsədilə təşkil olunan tədbirdə biznesə başlamaq üçün mövcud imkanlar, gənclərin layihələrinin həyata keçirilməsi və sözügedən sahəyə dair sualları müzakirə olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə gənclər siyasəti çərçivəsində aparılan işlər barədə məlumat verib. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarının gücləndirilməsi, onların təşəbbüslərinə dəstək istiqamətində həyata keçirilən layihələrdən danışıb. “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə isə təşkilatın fəaliyyət istiqamətlərini təqdim edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında gənclər arasında sahibkarlığın inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, dövlət dəstək mexanizmlərinin gənclər arasında geniş təbliği, məşğulluqda gənclərin rolunun artırılması, infrastruktur və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.
Forum çərçivəsində iki mühüm sənəd imzalanıb:
- KOBİA ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlıq memorandumu;
- KOBİA ilə “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu.
Tədbir müddətində gənc sahibkarlar biznes quruculuğunda topladıqları təcrübələri bölüşüb, onların rəy və təklifləri dinlənilib.



