Bakıda I Gənc Sahibkarlar Forumu keçirildi
November 21, 2025Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib
November 21, 2025“Təbiətə öz töhfəni ver” devizi altında Şamaxıda ağac əkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin Sərəncamı və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə, şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi kampaniyasına start verilib. Ölkənin bütün regionlarında eyni anda keçirilən bu təşəbbüs “Təbiətə öz töhfəni ver” devizi altında həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dekabrın 6-da Şamaxı yolunda yerləşən Pereküşkül ərazisində ağac əkmə aksiyası təşkil olunub. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) da tədbirdə fəal iştirak edib. Assosiasiyanı Leyla Həsənova (“ABC Tədris Mərkəzi”), Nailə İsmayılova (“Yeni Həyat” İB), Arzu Alıyeva (“Hüquq Bürosu” MMC), Cəmilə Nəcəfova və Aybəniz Hüseynova təmsil ediblər.
Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 15-ci hədəfi ekosistemlərin dayanıqlı istifadəsini müdafiə etmək, bərpa və təbliğ etmək, meşələri dayanıqlı idarə etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaq deqradasiyasının qarşısını almaq və biomüxtəlifliyin itkisinin qarşısını dayandırmaqdır. Aksiya bu məqsədlərə töhfə vermək üçün həyata keçirilib.



