Moskvada 66-cı Ümumdünya Qadın Sahibkarlar Konqresi keçirilib
November 12, 2025Gədəbəydə sahibkar qadınlar üçün kouçinq təlimi keçirilib
November 12, 2025Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası nümayəndəsi tədbirdə iştirak edib
25 oktyabr 2018-ci il tarixində “Enterpriseazerbaijan.com” portalı tərəfindən “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim təşkil olunub. Təlimi Türkiyənin Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş icraçı direktoru, Harvard məzunu Ussal Şahbaz aparıb.
Təlimdə biznes ideyalarının müəllifləri, startapçılar və gənc sahibkarlar iştirak edib. Müzakirələr zamanı startapların uğura gedən yolunda diqqət yetirməli olduğu fundamental məqamlar və ən uğurlu nümunələr praktiki misallar və infoqrafikalar vasitəsilə izah olunub. İştirakçılar “Startapın ilk addımları necə olmalıdır?”, “Startapın dostları kimlərdir?”, “Kimlərlə və hansı formada əməkdaşlıq faydalıdır?” kimi suallara cavab alıblar.
Təlim zamanı həmçinin yeni texnologiyaların, süni intellektin biznes sahəsində tətbiqinin genişlənməsinin yaratdığı imkanlar və uğurlu biznes qurulmasında bu inkişafdan necə yararlanmaq yolları müzakirə edilib.
“Enterpriseazerbaijan.com” portalının meneceri Aytən Məmmədova bildirib ki, portal xarici təcrübənin öyrənilməsi və startapçıların inkişafı üçün bu tip təlimləri təşkil edir. O qeyd edib ki, Ussal Şahbazın geniş təcrübəsi təlim iştirakçıları üçün yeni ideya və məlumat əldə etmək baxımından yaxşı fürsət yaradıb.
Qeyd edək ki, Ussal Şahbaz korporativ, qeyri-kommersiya və siyasət sahələrində liderlik təcrübəsinə malikdir. O, Foreign Affairs, Forbes ABŞ, Techcrunch və Wamda kimi beynəlxalq media quruluşları tərəfindən tanınır və ABŞ Prezidentinin Sahibkarlıq Zirvəsi, Biznes 20 Çin, Qlobal Sahibkarlıq Sammiti Moskva, Ərəbnet Dubay və digər beynəlxalq tədbirlərdə məruzəçi olub. Son iki ildə Ussal GE-nin İstanbul İnnovasiya Mərkəzinin direktoru və Google, Microsoft, PayPal kimi şirkətlərin məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
Təlimdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndəsi də iştirak etmişdir.



