“İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirilib
November 12, 2025Azərbaycan və Estoniya iş adamları arasında işgüzar görüş keçirilib
November 12, 2025“Qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələnməsi” proqramı çərçivəsində məlumatlandırıcı təlim təşkil olunub
Oktyabrın 25-də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Çəmiyyəti birgə “Qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələnməsi” proqramının icrası çərçivəsində Gədəbəy rayonunda sahibkar qadınlar üçün məlumatlandırıcı kouçinq təlimi keçirib.
Təlim Təranə Cəfərova tərəfindən aparılıb və əsas məqsəd iştirakçı qadınların özünü kəşf etməsi, şəxsi dəyər və məqsədini müəyyənləşdirməsi, eləcə də fəaliyyət planının hazırlanması bacarıqlarını artırmaq olub. Təlim Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən Meh istirahət mərkəzində baş tutub və 25 nəfər sahibkar qadın iştirak edib.
Təlimdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Regionlarla işinin Təşkili Komissiyasının rəhbəri Kəmalə Məmmədli də iştirak edərək tədbiri təmsil edib.



