Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasında növbəti görüş keçirilib
November 12, 2025AQSİA-nın sədri Səkinə Babayeva Azərbaycan-İsveçrə biznes forumunda iştirak edib
November 12, 2025Gələcək layihələr və əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının (AQSİA) rəhbərliyi İsveçrə Əməkdaşlıq Təşkilatının Regional Direktor müavini və Missiya Rəhbərinin müavini Simona Haberli, təşkilatın Milli Proqram rəhbəri Zahir Əhmədov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), “Yaxşı, yerli idarəetmə Proqramı”nın eksperti Fidan Qasımova ilə işgüzar yeməkdə görüş keçirib.
Tədbir zamanı gələcək layihələr, əməkdaşlıq imkanları və qadın sahibkarlarının dəstəklənməsi istiqamətində mümkün təşəbbüslər barədə geniş müzakirələr aparılıb. Görüş iki tərəf arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və yerli sahibkarlığın gücləndirilməsi məqsədinə xidmət edir.



