AQSİA rəhbərliyi beynəlxalq tərəfdaşlarla işgüzar görüş keçirib
November 12, 2025Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib: AQSİA sədri Səkinə Babayeva mükafata layiq görülüb
November 12, 2025Forumda iqtisadi əməkdaşlıq imkanları və sahibkarlığın inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva Azərbaycan-İsveçrə biznes forumunda iştirak edib. Tədbir İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı, İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilib.
Forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən maliyyə və sığorta, bankçılıq, əczaçılıq, tikinti, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və iş adamları iştirak ediblər.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycanın iqtisadi nailiyyətlərini vurğulayıb. Bildirilib ki, Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik reytinqi”ndə 35-ci, Dünya Bankının “Doing Business” hesabatında 57-ci, həmçinin İnklüziv İnkişaf Reytinqində inkişafda olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb. Nazir forumda iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini və özəl sektorun rolunun əhəmiyyətini qeyd edib.
Səkinə Babayeva forum çərçivəsində qadın sahibkarların təşəbbüsləri və gələcək regional əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıb.



