Səkinə Babayeva Antiinhisar Xidmətində ASK rəhbərliyi ilə Rəqabət Məcəlləsini müzakirə edib
November 8, 2025“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi yekunlaşıb
November 8, 2025Türkiyə-Yüz İli Əməkdaşlıq və Həmrəylik Platforması və KOBİA dəstəyi ilə işgüzar əməkdaşlıq müzakirə edilib


Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və platformanın dəstəyi ilə “Bakı KOB evi”ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib. Tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib. AQSİA üzvləri “Atidə” və “Taylors Home” nin rəhbərləri Aidə Kahveci və Aynur Abbasova B2B görüşlərə qatılıb.

