Qəhrəmanmaraşlı iş adamları Azərbaycanda B2B görüşlərdə iştirak edi
November 8, 2025Səkinə Babayeva MİDOFMED Forumda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatına inteqrasiya mövzusunda çıxış edib
November 8, 2025Marsol Group və tərəfdaş qurumlar qadın sahibkarların inkişafına dəstək verib
Marsol Group tərəfindən təşkil olunan “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi yekunlaşıb. Martın 7-si layihənin yekunlarına və 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirə layihənin təşkilinə dəstək göstərən qurumların nümayəndələri və bu layihədə iştirak etmiş qadın sahibkarlar qatılıb. Tədbirin rəsmi hissəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək layihəylə bağlı fikirlərini bölüşüb, xanım sahibkarlar üçün təşkil edilən maarifləndirici görüşlərin mahiyyətini vurğulayıb və iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıb.




