Qubada sahibkarlarla genişmiqyaslı iqtisadi görüş keçirilib
November 6, 2025İstanbulda Dünya Palatalar Federasiyasının Avropa və Asiya Regional Sammiti keçirilib
November 6, 2025Federasiyanın prezidenti Rıfat Hisarcıklıoğlunun dəvəti ilə Sammitdə @ask_sahibkarlar prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyətində #AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva iştirak edib.
Sammitdə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP’29) gedən yolda iqlim dəyişikliyində dövlət-özəl sektor əməkdaşlığının önəmi” mövzusunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BMT İqlim Dəyişikliyi #COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edib.
Paneldə geosiyasi çağırışlar, əlaqələndirilmiş siyasətlər, təmiz enerji layihələri vasitəsilə təmiz enerji texnologiyalarının inkişafının və kommersiyalaşdırılmasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədarük zəncirlərinin karbonsuzlaşdırılması üçün aydın yolların yaradılması və xalis sıfır keçidləri idarə etmək üçün biznes ictimaiyyətinin aparıcı rolu vurğulanıb.
“KOS və iqlim uyğunlaşması: problemlər və imkanlar” mövzusunda olan paneldə isə @smb.gov.az sədri Orxan Məmmədov iştirak edib. Bu paneldə tədarük zəncirlərini karbonsuzlaşdırmaq üçün KOS-ların dəstəklənməsi və KOS-ların maliyyələşdirilməsi sxemləri araşdırılıb.
Daha sonra tədbir çərçivəsində Türk Ticarət və Sənaye Palataları Birliyinə üzv ölkələr arasında ticaret dövriyyəsinin daha da artırılması mövzusunda görüş keçirilib.
Səfər çərçivəsində Konfederasiya nümayəndə heyəti Qətər Ticarət və Sənaye Palatasının sədri Khalifa Bin Jassim Bin Mohammed Al Thani ilə görüşüb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.


