Azərbaycanda “Güclü İqlim, Güclü Qadınlar: Diplomatik İqtisadi Şəbəkə” görüşü keçirilib
November 6, 2025Türkiyənin İstanbul şəhərində Dünya Palatalar Federasiyasının (WCF) Avropa və Asiya Regional Sammiti keçirilib
November 6, 2025Quba İş Adamlarına Dəstək (QİAD) regional əməkdaşlığı gücləndirmək və turizm-iqtisadi potensialı təqdim etmək məqsədilə “Niyə Quba?!” kitabçasını təqdim edib.
Quba İş Adamlarına Dəstək (QİAD) təşkilatçılığı ilə Qubada sahibkarlarla genişmiqyaslı bir görüş keçirib.
Tədbirə 250-dən çox yerli və regional sahibkar, müxtəlif sahələrdən olan çoxlu sayda qonaq və iştirakçı qatılıb. Bu görüşün keçirilməsinin əsas məqsədi bölgədə iqtisadi və #işgüzar əlaqələrin möhkəmləndirilməsi, sahibkarların öz aralarında əməkdaşlıq imkanlarını genişləndirmək, regional iqtisadi tərəqqiyə və inkişaf proseslərinə dəstək olmaqdır. Bununla yanaşı, sahibkarlığın təşviq edilməsi, ticarətin artırılması və xarici investisiyaların cəlb olunması da görüşün başlıca mövzuları arasındadır.
QİAD rəhbərliyi vurğulayıb ki, bu cür tədbirlər sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, bölgədə iqtisadi şəbəkələrin genişləndirilməsi və tərəfdaşlıq imkanlarının artması üçün yeni perspektivlər açır. Gələcəkdə bu istiqamətdə daha çox belə görüşlərin keçirilməsi planlaşdırılır ki, bu da sahibkarlar arasında əməkdaşlığı daha da gücləndirəcək, #regionun iqtisadi dayanıqlığını və dinamizmini təmin edəcək.
Beləliklə, Quba İş Adamlarına Dəstək təşkilatı bölgədə iqtisadi tərəqqini sürətləndirmək üçün sahibkarlarla sıx əməkdaşlıq edərək regionun #dayanıqlı inkişafı naminə mütəmadi işlər aparmağı və uzunmüddətli layihələr həyata keçirməyi qarşısına məqsəd qoymuşdur.
Həmçinin tədbirdə bölgənin #iqtisadi və #turizm potensialı ilə bağlı məlumatlandırmaq, nəticədə turizmin və iqtisadiyyatın tərəqqisinə töhfə vermək məqsədilə “Niyə Quba?!” adlı kitabçanın təqdimatı edilmişdir.


