AQSİA üzvləri “Business Service Centre” MMC-də müəssisə ziyarəti ediblər
November 6, 2025Azərbaycanda ilk Halal Biznes və Turizm Forumu keçirilib
November 6, 2025Görüşdə qadın sahibkarlığının inkişafı, sektorda üzləşilən çətinliklər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Oktyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ Respublika Komitəsi) ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında görüş keçirilib.
Görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və Respublika Komitəsinin rəhbərliyi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, təhsil sektoru üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev qeyd edib ki, öz sıralarında 400 mindən artıq üzvü birləşdirən ATİAHİ təhsil işçilərinin və ittifaq üzvü olan tələbələrin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan ən böyük ictimai təsisatdır.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva əvvəlcə AQSİA haqqında məlumat verərək, özəl sektorda çalışan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan problemlərə toxunaraq bu sahədə həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsinin vacibliyini vurğulayıb.
Tədbir gələcək əməkdaşlıqla bağlı müzakirələrlə davam edərək, iştirak edən müəsissə rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır.


