İstanbulda Dünya Palatalar Federasiyasının Avropa və Asiya Regional Sammiti keçirilib
November 6, 2025AQSİA və ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq görüşü keçirilib
November 6, 2025Ziyarət çərçivəsində əməkdaşlıq imkanları, innovasiyalar və “Biznesdə Hüququn Əhəmiyyəti” mövzusunda seminar keçirilmişdir.

AQSİA üzvləri ilə birlikdə “Business Service Centre” MMC şirkətinə müəssisə ziyarəti edilib.
Bu görüşlər, müəssisələr arasında #əməkdaşlıq və əlaqələrin qurulması, #innovasiyaları öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün dəyərli bir körpü rolunu oynayır.
Qeyd edək ki, “Business Service Centre” (BSC) Konsaltinq şirkəti, peşəkar komandası ilə 30 ilə yaxın bir müddətdə bilik və təcrübələrini müştərilərinə təqdim edən Azərbaycanın ilk konsaltinq şirkətlərindən biridir. “BSC” MMC #maliyyə və #mühasibatlıq, #hüquq və insan resursları xidmətləri sahəsində bir çox şirkətin etibarını qazanmışdır. Şirkət hal-hazırda Azərbaycanda və xaricdə fəaliyyət göstərən 110-dan çox şirkətlə uğurla əməkdaşlıq edir.
Ziyarət zamanı BSC Konsaltinq şirkətinin direktoru Venera Mütəllimova qonaqları salamlamış, daha sonra isə şirkətin marketinq üzrə mütəxəssisi M. Xələfova #BSC-nin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. AQSİA üzvləri müəssisənin gündəlik iş prosesləri, texnologiya və idarəetmə üsulları ilə yaxından tanış olmuşlar.
Ziyarət çərçivəsində, həmçinin “Biznesdə Hüququn Əhəmiyyəti” mövzusunda seminar keçirilmişdir. Seminarın sonunda iştirakçılara şirkət tərəfindən sertifikat təqdim edilmişdir.

