AQSİA İdarə Heyətinin sədri Rəqabət Məcəlləsinə həsr olunmuş maarifləndirici seminarda iştirak edib
November 6, 2025Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib
November 6, 2025GXSSD və #AQSİA-nın tərəfdaşlığı ilə təşkil olunan konfransda 150-dən çox sahibkar və mütəxəssis sektorun aktual problemlərini və inkişaf perspektivlərini müzakirə edib.



Bakıda “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi” (#GXSSD) tərəfindən təşkil olunmuş,həmçinin #AQSİA-nın da tərəfdaşlıği ilə Azərbaycan gözəllik salonları sahibkarların ilk konfransı uğurla başa çatıb.
Tədbirdə 150-dən çox #gözəllik salonu sahibkarları, #dövlət qurumları nümayəndələrinin və sektor mütəxəssislərinin iştirakı ilə gözəllik səhasinsə #aktual problemləri və gələcək inkişaf perspektivləri müzakirə edilib.
#Konfrans, gözəllik salonları sahibkarları üçün strateji inkişaf yollarının müəyyənləşdirilməsi və sektorda mövcud problemlərin həlli məqsədilə mühüm platformaya çevrilib.
GXSSD-nin sədri Elnarə Nəhmədova çıxışında bildirib ki, “Bu gün yalnız problemləri deyil, onların həlli yollarını da müzakirə edirik. Assosiasiya olaraq məqsədimiz sektorun inkişafını dəstəkləmək, salon sahiblərini strateji və müasir yanaşmalarla gücləndirməkdir.
AQSİA İH sədri Səkinə Babayeva öz çıxışında qadınların iş dünyasındakı rolu, onların iqtisadi və sosial inkişafdakı əhəmiyyətini bir daha vurğulayıb.
Konfrans, iştirakçılar arasında yeni #əməkdaşlıqların qurulması və #gələcək fəaliyyət planlarının müzakirəsi ilə yekunlaşıb

