Bakıda gözəllik salonları sahibkarlarının ilk konfransı keçirilib
November 6, 2025AQSİA sədri Beynəlxalq Demokratlar Birliyinin ümumi iclasında iştirak edib
November 6, 2025Tədbirdə dövlət qurumlarının, biznes assosiasiyalarının və sahibkarların iştirakı ilə Naxçıvanda iqtisadi inkişaf, investisiya mühiti və özəl sektorun roluna dair müzakirələr aparılıb.

Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və #gələcək perspektivlər” mövzusunda tədbir keçirilib
Tədbirdə Naxçıvan Muxtar Respublikasında #iqtisadi inkişaf, biznes, #investisiya mühiti, sahibkarlığın və #özəl sektorun bu inkişafda rolu müzakirə edilib.
Dövlət-özəl dialoqu platformasında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Naxçıvan Sahibkarlar Konfederasiyasının nümayəndələri, AQSİA İH sədri Səkinə Babayeva və digər sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, cənab Prezident İlham Əliyevin 5 noyabr 2024-cü il Sərəncamı ilə Naxçıvanda Sənaye Parkının yaradılmasının özəl sektorun inkişafı üçün daha bir dövlət dəstəyi olduğunu bildirib.
O, Dövlət-özəl dialoqu və qarşılıqlı #əlaqələrin yaradılması istiqamətində atılan addımlar fonunda bu tədbirin əhəmiyyətli rolu olduğunu qeyd edib.




