AQSİA nümayəndəsi ADAU-da təhsil və istehsalat əməkdaşlığının əhəmiyyətini vurğulayıb
June 5, 2026“Sahibkarlar Günü” münasibətilə qadın sahibkarlar üçün maliyyə savadlılığı təlimi keçirilib
June 5, 202620 aprel 2026-cı il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə Çin Qadın Sahibkarlar Assosiasiyası arasında işgüzar görüş keçirilib.
Görüşdə AQSİA-nın İdarə Heyətinin sədri və üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov da iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan və Çin arasında qadın sahibkarlığının inkişafı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
Görüş çərçivəsində qadın sahibkarların iqtisadi fəallığının artırılması, innovativ layihələrin dəstəklənməsi, biznes mühitində qadınların rolunun gücləndirilməsi və onların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.
Tərəflər gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması imkanları və qadın sahibkarlığının təşviqi istiqamətində ortaq fəaliyyət planları ətrafında da fikir mübadiləsi aparıblar.
İştirakçılar qeyd ediblər ki, bu görüş Azərbaycan və Çin arasında iqtisadi və sosial əlaqələrin daha da möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və qadın sahibkarlığının inkişafına mühüm töhfə verəcək.
Görüş qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və qadın sahibkarlar üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
A business meeting between the Azerbaijan Association for the Development of Women’s Entrepreneurship (AQSIA) and the China Women Entrepreneurs Association was held on April 20, 2026.
The meeting was attended by the Chairperson and Board Members of AQSIA, as well as Hicran Huseynova, Chairperson of the Family, Women and Children’s Affairs Committee of the National Assembly of Azerbaijan, and Azer Allahveranov, member of the Committee on Public Associations and Religious Institutions.
The main purpose of the meeting was to discuss opportunities for expanding cooperation between Azerbaijan and China in the field of women’s entrepreneurship, promoting the exchange of experience, and implementing new initiatives.
During the discussions, the participants addressed issues related to increasing the economic participation of women entrepreneurs, supporting innovative projects, strengthening the role of women in the business environment, and expanding access to international markets.
The parties also exchanged views on future cooperation prospects, the implementation of joint projects, and the development of common action plans aimed at promoting women’s entrepreneurship.
The participants emphasized that the meeting would contribute significantly to strengthening economic and social ties between Azerbaijan and China, expanding international cooperation, and supporting the development of women’s entrepreneurship.
The meeting was regarded as an important step toward deepening bilateral cooperation and creating new opportunities for women entrepreneurs in both countries.




