AQSİA Türk Dünyasında Qadınların İqtisadi Güclənməsinə Həsr Olunan Beynəlxalq Konfransda Təmsil Olunub
June 5, 2026AQSİA və Çin Qadın Sahibkarlar Assosiasiyası əməkdaşlıq imkanlarını müzakirə edib
June 5, 2026Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri 14–15 aprel tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olublar.
Görüş zamanı ADAU-nun rektoru Zəfər Qurbanov universitetdə həyata keçirilən ikili diplom proqramları, müasir maddi-texniki baza, kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlıq əlaqələri, eləcə də milli və transmilli şirkətlərlə qurulan tərəfdaşlıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, universitetin əsas prioritetlərindən biri məzunların məşğulluğunun təmin edilməsidir və bu istiqamətdə təhsil proqramları əmək bazarının tələblərinə uyğun şəkildə təkmilləşdirilir.
Tədbirdə çıxış edən AQSİA İdarə Heyəti sədrinin müavini, AQSİA-nın Qusar rayonu üzrə nümayəndəliyinin rəhbəri, eyni zamanda “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədr müavini Jalə Əmirbəyova aqrar sahədə təhsil və istehsalat arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu kimi platformalar praktiki bilik və bacarıqların inkişafına, eləcə də kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafına mühüm töhfə verir.
Görüş çərçivəsində İctimai Şura üzvləri ADAU-nun İnnovasiyalar Mərkəzi, müasir laboratoriyaları, istixana kompleksi, Açıq və Qapalı Balıqyetişdirmə laboratoriyası, həmçinin digər tədris və istehsalat infrastrukturları ilə yaxından tanış olublar.
Səfər zamanı professor-müəllim heyəti və tələbələrlə görüşlər keçirilib, aqrar təhsilin inkişafı, innovativ yanaşmaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
AQSİA hesab edir ki, aqrar sahədə təhsil, innovasiya və istehsalatın inteqrasiyası ölkədə kənd təsərrüfatının inkişafına, insan kapitalının gücləndirilməsinə və dayanıqlı gələcəyin formalaşmasına mühüm töhfə verir.
Members of the Public Council under the Ministry of Agriculture of Azerbaijan visited the Azerbaijan State Agricultural University (ADAU) on April 14–15 to gain insight into the institution’s educational, research, and innovation activities.
During the meeting, ADAU Rector Zafar Gurbanov presented detailed information on the university’s dual degree programs, modern infrastructure, cooperation with agricultural enterprises, and partnerships with national and multinational companies. He emphasized that one of the university’s key priorities is ensuring graduate employment by continuously aligning academic programs with labor market demands.
Among the speakers was Jala Amirbeyova, Deputy Chairperson of the Board of AQSIA, Head of AQSIA’s Qusar Regional Representation, and Deputy Chairperson of the Azerbaijan Association of Fruit and Vegetable Producers and Exporters. She underlined the importance of strengthening cooperation between agricultural education institutions and the production sector, noting that such platforms play a vital role in enhancing practical knowledge and supporting the sustainable development of the agricultural sector.
As part of the visit, members of the Public Council toured ADAU’s Innovation Center, modern laboratories, greenhouse complex, indoor and outdoor aquaculture laboratories, and other educational and production facilities.
The program also included meetings with faculty members and students, providing an opportunity for open discussions and the exchange of ideas on the future development of agricultural education and innovation.
AQSIA believes that the integration of education, innovation, and production in the agricultural sector is essential for advancing agriculture in Azerbaijan and contributing to a sustainable future.




