AQEM çərçivəsində “Qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışı keçirilib
June 5, 2026AQSİA Türk Dünyasında Qadınların İqtisadi Güclənməsinə Həsr Olunan Beynəlxalq Konfransda Təmsil Olunub
June 5, 2026Türkiyənin Düzce Universitetində keçirilən “Türk Dünyasında Kadın: Ekonomik Dönüşüm və Kalkınma” mövzusunda beynəlxalq konfransda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü Məhəbbət İbrahimova təşkilatı təmsil edib.
Türk dünyasının müxtəlif ölkələrindən ziyalı, sahibkar və ictimai fəal qadınların iştirak etdiyi tədbirdə qadınların iqtisadi gücləndirilməsi, sahibkarlıq imkanlarının genişləndirilməsi, liderlik potensialının artırılması və dayanıqlı inkişafda rolu ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində AQSİA ilə Düzce Universiteti və Kırklareli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflər arasında elmi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, həmçinin qadın sahibkarlığının təşviqinə yönəlmiş təşəbbüslərin dəstəklənməsidir.
Tədbirdə çıxış edən iştirakçılar qadınların iqtisadi həyatda daha fəal iştirakının cəmiyyətlərin inkişafı üçün vacib amillərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Türk dünyasında qadınlar arasında əməkdaşlığın gücləndirilməsi yeni imkanların yaranmasına, innovativ təşəbbüslərin formalaşmasına və davamlı inkişaf hədəflərinə nail olunmasına mühüm töhfə verir.
AQSİA nümayəndələri beynəlxalq əməkdaşlığın genişləndirilməsinin qadın sahibkarların inkişafı və onların qlobal şəbəkələrə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

