“Güc biznesdədir”: “Dayaq” mükafatının təqdimetmə mərasimi keçirilib
December 19, 2025“Türk dünyasında qadın gücü” Forumu keçirilib
February 18, 2026Türkiyə və Azərbaycan qadın sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin icrası istiqamətində mühüm müzakirələr aparılıb.
AQSİA-nın təşkilatçılığı ilə Türkiyənin Samsun İş Qadınları Dərnəyi (SAMİKAD) nümayəndə heyətinin KOBİA-da rəsmi görüşü keçirilib.
Görüş çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə bir araya gələn nümayəndə heyəti iki ölkə arasında qadın sahibkarlığının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Tərəflər qadın sahibkarların iqtisadi fəallığının artırılması, innovativ təşəbbüslərin dəstəklənməsi və regional əməkdaşlıq platformalarının formalaşdırılması məsələlərini müzakirə ediblər. Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsinin və davamlı tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
SAMİKAD nümayəndələri göstərilən səmimi qəbul üçün təşəkkürlərini bildirərək, Türkiyə və Azərbaycan qadın sahibkarları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduqlarını ifadə ediblər.
AQSİA olaraq, qadın sahibkarların gücləndirilməsi, yeni əməkdaşlıqların qurulması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.







