AQSİA-nın təşkilatçılığı ilə SAMİKAD nümayəndə heyəti KOBİA-da rəsmi görüş keçirib
February 18, 2026“Türk dünyasında qadın gücü” Forumu çərçivəsində möhtəşəm Gala Gecə təşkil olunub
February 18, 2026“Bakı KOB evi”ndə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)-nın təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın dəstəyi ilə “Türk dünyasında qadın gücü” adlı forum baş tutub.
Forum çərçivəsində qadın sahibkarlığının inkişafına dövlət dəstəyi mexanizmləri, qadınların sosial-iqtisadi həyatda rolu, eləcə də Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrində qadın sahibkarların fəaliyyəti müzakirə olunub.
Tədbirdə KOBİA-nın sədr müavini Samir Hümbətov, millət vəkili Hicran Hüseynova, Samsun İş Qadınları Dərnəyi (SAMİKAD)-ın sədri Şehnaz Dereli və AQSİA-nın sədri Səkinə Babayeva çıxış edərək qadın sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsinin, ortaq layihələrin həyata keçirilməsinin və beynəlxalq şəbəkələşmənin əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, belə platformalar qadın sahibkarların iqtisadi fəallığının artırılmasına, yeni əməkdaşlıqların qurulmasına və ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə verir.
Forum qarşılıqlı fikir mübadiləsi, təcrübə paylaşımı və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilib.













