“Türk dünyasında qadın gücü” forumu çərçivəsində Gala Gecə keçirilib
November 28, 2025Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi keçirilmişdir
November 28, 2025Ölkələrarası dostluq və əməkdaşlıq münasibətləri vurğulanıb
Bakıda Malayziyanın Milli Günü münasibətilə Malayziyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi tədbir təşkil olunub. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza çıxış edərək ölkələr arasında inkişaf edən ictimai, siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıb, gələcək birgə layihələrdə əməkdaşlığın önəminə diqqət çəkib.
Fəxri qonaq, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev isə çıxışında Malayziyanın Azərbaycanla dostluq münasibətlərini vurğulayıb və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. “Dost Malayziya xalqını Malayziyanın Milli Günü münasibətilə təbrik edirəm” – deyə nazir çıxışını yekunlaşdırıb.
Tədbirdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.
Rəsmi hissədən sonra qonaqlara Malayziyanın milli geyim və yeməkləri təqdim olunub, milli musiqi müşayiəti altında rəqs proqramı ifa edilib. Tədbirdə həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Milli Məclisinin üzvləri və ictima-siyasi xadimlər iştirak e



