“Türk dünyasında qadın gücü” Forumu Bakıda keçirilib
November 28, 2025Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi tədbir keçirilib
November 28, 2025Azərbaycan və Türkiyə qadın sahibkarlarının həmrəyliyi və əməkdaşlığı qeyd olunub


15 oktyabr 2025-ci il tarixində “Türk dünyasında qadın gücü” forumu çərçivəsində möhtəşəm Gala Gecə təşkil olunub. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, ardınca AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva və SAMİKAD-ın İdarə Heyətinin sədri Şehnaz Derelinin çıxışları ilə davam edib.
Millət vəkili Səbinə Salmanova da çıxış edərək Azərbaycan və Türkiyə arasında qadın sahibkarlar sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və belə tədbirlərin iki qardaş ölkə qadınları arasında dostluq körpüsünü möhkəmləndirdiyini qeyd edib.
Tədbir zamanı SAMİKAD üzvləri fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat veriblər. Rəsmi hissədən sonra gecə qeyri-rəsmi və səmimi atmosferdə davam edib.
Gecənin sonunda AQSİA üzvləri Səkinə Babayevanı doğum günü münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıblar. Tədbir xatirə fotosu ilə yekunlaşıb və Türk dünyası qadınlarının həmrəyliyinin, dostluğunun və birliyinin parlaq nümunəsi olaraq yadda qalıb.

