“Agrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib
November 28, 2025Şuşada Türk Biznes Forumu Keçirilib
November 28, 2025AQSİA üzvü Səkinə Babayeva qadın sahibkarların problemlərini və təkliflərini təqdim edib
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura fəaliyyət planında nəzərdə tutulan növbəti görüşünü Əmlak Məsələləri Dövlət Xidməti ilə keçirib. Tədbirdə xidmətin əsas fəaliyyət istiqamətləri, mövcud qanunvericiliyə uyğun görülən işlər, yeni layihələr və gələcək perspektivlər barədə geniş məlumat verilib.
Görüş zamanı Şura üzvlərinin sualları xidmət rəisi Mətin Eynullayev və qurumun aidiyyəti nümayəndələri tərəfindən cavablandırılıb, təkliflər dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə İctimai Şuranın üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü Səkinə Babayeva əmlak məsələləri ilə bağlı qadın sahibkarların problemlərini və təkliflərini səsləndirib.


