AQSİA ilə Xaricdə Təhsil Almış Tələbələrin Təşkilatı arasında Memorandum imzalanıb
November 28, 2025Bakıda “Amman 100 illik görüş” sərgisi keçirilib
November 28, 2025Bu gün Zaqatalada Heydər Əliyev Mərkəzində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiyasının (AQSİA) İcraçı katibi Mətanət Ağamirli və İdarə Heyətinin üzvü Afət Həsənova sahibkar xanımlarla görüş keçiriblər.
Görüş zamanı iştirakçılar AQSİA-nın fəaliyyəti və rayonda qadın sahibkarlığın inkişafı ilə bağlı məsələlər barədə məlumatlandırılıblar, fikir mübadiləsi aparılıb.
Zaqatalalı sahibkar xanımlar AQSİA ilə əməkdaşlıqda maraqlı olduqlarını, dəstək və inkişafa ehtiyac hiss etdiklərini qeyd ediblər. Onlar AQSİA-nın yaxın zamanda daha geniş heyətlə bölgəyə gəlməsini və bu platformada uğurlu fəaliyyət göstərməyə ümid etdiklərini vurğulayıblar. Eyni zamanda gələcək layihələrin həyata keçirilməsini təklif ediblər.


