Zaqatalada sahibkar xanımlarla görüş: AQSİA ilə əməkdaşlıq müzakirə edilib
November 28, 2025Azərbaycanda Qadın Sahibkarlığı üçün Yeni Milli Biznes Platforması elan edildi
November 28, 2025İordaniya Haşimilər Krallığının yaranmasının 100 illiyi münasibətilə İordaniyanın Azərbaycan Respublikasındakı Səfirliyi, Amman Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun tərəfdaşlığı ilə “Amman 100 illik görüş” adlı sərgi təşkil olunub.
Sərgidə Bakı Tekstil Fabrikinin təsisçisi və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Asim Ğoşeh, İsveçin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Christian Kamill və bir çox dövlət rəsmiləri, iş adamları iştirak ediblər.
Tədbir iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.


