“Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfrans keçirilib
November 28, 2025Bakıda Aqrobiznesin İnkişafı Forumu keçirilir
November 28, 2025Tədbir “Beynəlxalq qadın və qızların elmdə iştirakı günü”nə həsr olunaraq hüquq sahəsində fəaliyyət göstərən qadınları bir araya gətirdi
Dekabrın 21-də Park Inn By Radisson Baku Hotelində İNJURİA hüquq jurnalının təşkilatçılığı, Karvan-L şirkətlər qrupunun maliyyə dəstəyi və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin media tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə Qadın Hüquqşünaslar Forumu keçirilib. Forum “Beynəlxalq qadın və qızların elmdə iştirakı” gününə həsr olunub.
Tədbirdə hüquq sahəsində çalışan qadın mütəxəssislərin fəaliyyəti, elmi-praktik nailiyyətləri və cəmiyyətdə qadınların hüquqi maarifləndirilməsindəki rolu müzakirə olunub. Forumda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və idarə heyətinin üzvü Rəna Qəfərova çıxış edərək qadın hüquqşünasların ölkənin sosial və hüquqi inkişafındakı rolundan, onların qarşılaşdığı çağırışlardan və gələcək perspektivlərdən danışıblar.



