AQSİA 2020-ci ildə üzv olan qadın sahibkarlarla görüş keçirib
November 22, 2025AQSİA iki övladı ilə tərk edilmiş gənc anaya dəstək oldu
November 22, 2025Qənirə Paşayeva, Məşhur Məmmədov, Səkinə Babayeva və Arzu Bağırova yaralanmış hərbi qulluqçuların ailələrinə dəstək göstəriblər


İyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi təxribatlar zamanı yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçular Rauf Musayev, Kənan Nəsirov və Mahəddin Zeynalovun ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə iştirak edənlər arasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, millət vəkili Məşhur Məmmədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova olub.
Görüş zamanı qeyd olunub ki, xalqımız öz qəhrəman oğulları ilə fəxr edir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, yaralanmış hərbiçilərin müalicəsi hospitalda yüksək səviyyədə davam edir və həkimlər onların sağalması üçün bütün imkanları səfərbər ediblər.
Millət vəkilləri və QHT rəhbərləri hərbiçilərin ailələrinin qayğıları ilə maraqlanaraq onlara dəstək göstərdiklərini bildiriblər və hərbçilərin tezliklə sağalıb ailələrinin yanına dönmələrini arzulayıblar.

