Azərbaycan Beynəlxalq Bankı “Sahibkarlar Klubu”nu təqdim etdi
November 22, 2025AQSİA növbəti xeyriyyə aksiyasını həyata keçirib
November 22, 2025Tədbirdə qadın sahibkarların fəaliyyəti və dövlət dəstəyi müzakirə edilib


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan qadın sahibkarların iştirakı ilə “İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva də iştirak edərək Azərbaycan qadınının sahibkarlıqda rolundan danışıb və AQSİA-nın fəaliyyəti barədə məlumat verib. S.Babayeva dövlət və özəl qurumların qadın sahibkarlığının inkişafına dəstəyini müsbət hal kimi vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında qadınların ictimai-siyasi və iqtisadi həyatda fəaliyyətini, məşğulluğun artırılmasında və özəl bölmənin inkişafında rolunu qeyd edib, bu sahədə dövlət dəstəyi tədbirlərindən danışıb. Nazir müavini qadın sahibkarlara dövlət dəstəyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin qadın sahibkarlarla əməkdaşlığını, onların biznes qurmaq və inkişaf etdirmək üçün KOBİA-nın dəstək və xidmətlərindən faydalandıqlarını diqqətə çatdırıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva, sahibkar Rəna Yüzbaşı çıxış edərək qadınların bütün sahələrdə fəallığını, xüsusilə sahibkarlığın inkişafındakı rolunu qeyd ediblər.
Tədbir çərçivəsində sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Həmçinin, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz bizneslərini uğurla quran qadınları əks etdirən “Uğur sahibləri” filmləri nümayiş olunub.

