Azərbaycan və Fransada qadın sahibkarlığının inkişafı mövzusunda əməkdaşlıq perspektivləri müzakirə olunub
November 21, 2025Tofiq İsmayılovun 80 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd edildi
November 21, 2025AQSİA ilə birgə təlimlə 60-dan çox tələbəyə sahibkarlıq bacarıqları öyrədilib


AccessBank Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)-nın “Peşədən Biznesə” layihəsini dəstəkləyib. Layihənin əsas məqsədi peşə təhsili və təliminə əsaslanaraq tələbələrdə sahibkar düşüncə tərzini təşviq etmək, peşələrini gələcəkdə biznesə çevirmələrinə dəstək olmaq və strateji yol xəritələrinin hazırlanmasına kömək etməkdir.
Layihə çərçivəsində AccessBank-ın Təlim Mərkəzində müxtəlif peşə məktəblərindən olan 60-dan çox tələbə üçün təlim keçirilib. Təlimdə bankın marketinq üzrə baş mütəxəssisi Tofiq Ağayev və PR menecer İlkin Əhmədov tələbələrə biznes planın hazırlanması barədə məlumat verib. AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə “Satışı artıran marketinq” mövzusunda təqdimatla çıxış edib.
Təlimin sonunda tələbələr qruplara bölünərək öyrəndikləri biliklər əsasında biznes plan tərtib edib və təlimçilərlə müzakirələr aparıblar.
Qeyd edək ki, layihənin müəllifi AQSİA-nın Regionlarda İşin Təşkili Komissiyasının rəhbəri Kəmalə Məmmədlidir.

