Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası “Happy Woman” forumunda təmsil olunub
November 21, 2025AccessBank “Peşədən Biznesə” layihəsini dəstəkləyib
November 21, 2025AQSİA və Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi Claudette Eleini görüşüb


23 aprel 2019-cu il tarixində Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda qonaq olan Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi Claudette Eleini ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında görüş keçirilib.
Görüşdə AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva və Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova assosiasiyanın fəaliyyəti və məqsədləri barədə ətraflı məlumat verərək videoçarx təqdim ediblər.
Claudette Eleini Azərbaycanda qadın sahibkarlığının iqtisadi göstəricilərini və qadınların iqtisadi asılılığının aradan qaldırılması yollarını öyrənməkdə maraqlı olduğunu bildirib. Səkinə Babayeva isə görüş zamanı Fransada Azərbaycanın Dostları Assosiasiyasına təşəkkürünü çatdıraraq, dövlət tərəfindən qadın sahibkarlarına göstərilən dəstəyin və assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Səkinə Babayeva qeyd edib ki, assosiasiyanın əsas məqsədi biznesini qurmuş və qurmaq istəyən xanımların sosiallaşaraq cəmiyyətdə daha güclü mövqeyə sahib olmasına dəstək olmaqdır. O, yaxın gələcəkdə Fransaya səfər edəcəklərini və orada qadın sahibkarlığı ilə bağlı təcrübələri öyrənməyə maraqlı olduqlarını bildirib.

