“Bir millət-iki dövlət!” şüarı altında motosiklet yürüşü keçirilib
November 21, 2025“İllər Sizi Dəyişməsin” layihəsi qadın sahibkarları bir araya gətirdi
November 21, 2025AQSİA və GIZ Azərbaycan dəstəyi ilə qadın sahibkarların bilik və bacarıqları artırılır


İyunun 1-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı və GIZ Azərbaycanın dəstəyi ilə Şabran rayonunda “Mentorluq nədir?” mövzusunda təlim keçirilib.
Təlimi “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseyn aparıb. Tədbirdə fərqli sahələrdən olan 15 qadın və Şabran Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə birinci müavini iştirak edib.
Təlimin əsas məqsədi xanımların mentorluq sahəsində biliklərini artırmaq, biznes fəaliyyətlərinə dəstək göstərmək və peşəkar əlaqələrini genişləndirmək olub. Sessiyada “Mentorluq xüsusiyyətləri” və “Karyerada uğur qazanmanın obyektiv və subyektiv meyarları, mentorluğun uğur amilləri” mövzuları müzakirə olunub.
Qeyd edək ki, 1 iyun Uşaqların Müdafiəsi Günü münasibətilə təlimə qatılan xanımların uşaqları AQSİA tərəfindən təbrik olunub.

