Türkdilli Dövlətlərin Biznes və İnvestisiya Forumu Daşkənddə keçirilib
November 21, 2025II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatalada açılıb
November 21, 2025Şamaxıda sahibkarlarla görüşdə Rabitəbankın məhsulları və imkanları təqdim edilib


29 sentyabr 2019-cu il tarixində Şamaxı şəhərində Rabitəbankın təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Tədbirdə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (AKİA), KOB Dostu Şamaxı nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi ölkədə sahibkarlara yaradılan imkanları təqdim etmək və Rabitəbankın sahibkarlar üçün hazırladığı məhsul və xidmətləri tanıtmaq olub. Bankın səlahiyyətli nümayəndələri iştirakçıların suallarını cavablandıraraq, ümumi müzakirələr aparıblar.
Qeyd edək ki, Rabitəbank Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin agent bankı kimi fəaliyyət göstərir və bu layihə çərçivəsində sahibkarlara maliyyə dəstəyi təqdim edir.

