İcma inkişafı layihələrinin nailiyyətləri Dördüncü İllik Konfransda müzakirə edilib
November 12, 2025“Yerli və Regional İnkişafa Dəstək” Layihəsi Çərçivəsində Qadın Sahibkarlar Təlimlərini Başa Vurdu
November 12, 2025Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Peşə Təhsili Dövlət Agentliyi birgə təşkilatçılıq edib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt Texnologiyalar Parkına info-tur həyata keçiriblər.
Tədbir zamanı tələbələr Elektrik Avadanlıqları, Kabel, Polimer Məmulatlar, Metal Konstruksiyalar, Qaynar Sinkləmə və Ağır Maşınqayırma zavodlarını ziyarət edərək istehsal prosesini izləyiblər. Mütəxəssislər tələbələrə zavodların iş prosesi, emal edilən məhsullar və texnoloji avadanlıqlar haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, peşə təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin müxtəlif sənaye müəssisələrinə info-turları “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq təşkil olunur. Bu tədbirlərin məqsədi əmək bazarının yüksək ixtisaslı kadrlara olan tələbinin təmin edilməsi, tələbələrdə sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, müəssisələrlə sıx əlaqələrin yaradılması və yeni texnologiya və avadanlıqların iş rejimi ilə tanışlıqdır.

