Azərbaycanda qadın sahibkarlığının inkişafına dair konfrans keçirilib
November 12, 2025DOST Agentliyinin konsepsiyası və “e-sosial” portal təqdim olunub
November 12, 2025“Təhsilli gələcəyə” layihəsi və “Gənclər şöbəsi” təqdim edilib
19 noyabr 2018-ci il tarixində Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin (PXTİB) yeni ofisinin açılış mərasimi keçirilib. Tədbir çərçivəsində birliyin nəzdində yaradılan “Gənclər şöbəsi” təqdim edilib və “Böyük addımlarla təhsilli gələcəyə” layihəsinin iştirakçıları ilə görüş baş tutub.
Açılış mərasimində PXTİB-in sədri Təranə Məmmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, AQSİA-nın Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova, AmCham-ın icraçı direktoru Natavan Məmmədova, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Hacıyev, Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin sədri Orxan Həsənoğlu, SOS Uşaq Kəndinin nümayəndəsi Təranə Hacıyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi Tofiq Sadıqov, həmçinin ölkəmizdə təhsil alan əcnəbi tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbir yeni ofisin açılış lentinin kəsilməsi və ofis binası ilə birlikdə yeni kitabxananın təqdimatı ilə başlayıb. Sonra PXTİB-in icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında məlumat verib. Sədri Təranə Məmmədova qonaqları salamlayaraq, birliyin gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva çıxışında yeni ofisin açılışı, “Gənclər şöbəsi”nin yaradılması və “Böyük addımlarla təhsilli gələcəyə” layihəsinin təşkili üçün təşkilatın əməkdaşlarını təbrik edib və gələcək uğurlar arzulayıb.
Tədbir iştirakçıların çıxışları ilə davam edib və bədii hissə ilə yekunlaşıb. Gənclər tərəfindən təqdim olunan “Azərbaycan” kompozisiyası iştirakçılarda xoş ovqat yaradıb.



