AQSİA və Fransada Azərbaycanın Dostları Assosiasiyası arasında tanışlıq görüşü keçirilib
November 12, 2025Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin yeni ofisinin açılışı olub
November 12, 2025Tədbir USAID və Sahibkarlığa Yardım Fondu tərəfindən təşkil olunub
14 noyabr 2018-ci il tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfrans keçirilib. Tədbir USAID-in tərəfdaşı olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən 2018-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunub.
Konfransda ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gil, Milli Məclisin deputatı Vahid Əhmədov, USAID-in missiya direktoru Caydev Sinqx, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri İlqar Poladov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və idarə heyətinin üzvü Jalə Hacıyeva iştirak ediblər.
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gil çıxışında qadınların Azərbaycanda iqtisadiyyatın inkişafı və şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, “Qadınların iqtisadi iştirakçılığının artırılması ABŞ hökumətinin qlobal gender bərabərliyinə dair siyasətinin əsas elementlərindəndir və iqtisadi inkişafın, icma dayanıqlığının mühüm aspektlərindən biridir. Biz qadın sahibkarları və qadınlara məxsus kiçik və orta biznesləri dəstəkləmək üçün Azərbaycan hökuməti və xalqı ilə birgə çalışırıq”.
Tədbirdə dövlət qurumlarının, diplomatik missiyaların, beynəlxalq və yerli QHT-lərin nümayəndələri, habelə Bakıdan və regionlardan qadın sahibkarlar iştirak edərək qadın sahibkarlığının inkişafına dair strategiyaları müzakirə ediblər.



