Bakıda “Sahibkar – peşə təhsili əməkdaşlığı” konfransı keçirilib
November 12, 2025Bilik Fondu və AQSİA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb
November 12, 2025IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qadın sahibkarlar da iştirak edib
Oktyabrın 16-da Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
Bu il Ümumdünya Ərzaq Günü “Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada Sıfır aclıq mümkündür” mövzusuna həsr olunub. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, icraçı direktoru Təranə Məmmədova və Assosiasiyanın əməkdaşı iştirak etmişdir.
Tədbir çərçivəsində qonaqlar Bakı Konqres Mərkəzində təşkil edilən #MənimAddımlarım sərgisi ilə tanış olublar. Sərgidə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından olan qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələri də öz əl işləri ilə iştirak ediblər. Bu qruplar Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılıb və əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı və idarə edilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.
Tədbir IDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başlayıb. Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.



