AQSİA itkin və şəhid ailələri ilə görüş keçirib
November 12, 2025Bakıda Ümumdünya Ərzaq Günü ilə bağlı tədbir keçirilib
November 12, 2025ASK və Almaniya tərəfdaşlarının dəstəyi ilə gənclərin məşğulluğu və sahibkar-peşə təhsili əlaqələri mövzusu müzakirə olunub
Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sahibkar – peşə təhsili əməkdaşlığı” adlı milli konfrans keçirilib.
Konfrans Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Azərbaycanda gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.
Konfransda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü Cəmilə Abdullayeva və əməkdaşı iştirak ediblər.



