AQSİA Gəncədə sahibkar xanımlarla görüş təşkil edib
November 12, 2025İsrail Dövlətinin Səfirliyi AQSİA-nın qonağı olub
November 12, 2025Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası üzvləri və QHT rəhbərləri ilə görüş keçirərək gələcək əməkdaşlıq planlarını müzakirə edib
Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (AQSİA) üzvləri və departament rəhbərləri növbəti görüşlərini keçirib. Görüşü açılış nitqi ilə AQSİA-nın sədri Səkinə Babayeva açaraq assosiasiyanın təsis olunma zərurəti və məqsədi haqqında məlumat verib.
Görüş çərçivəsində AQSİA çoxşaxəli fəaliyyətini əməkdaşlıqlar vasitəsilə davam etdirmək məqsədilə bir sıra təşkilatlarla memorandumlar imzalayıb. Belə ki, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova və Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri Rahilə Mehdiyeva AQSİA-nın sədri Səkinə Babayeva ilə əməkdaşlıq memorandumuna imza atıblar.
Bununla yanaşı, AQSİA-nın beynəlxalq əlaqələr departamentinin rəhbəri Günel Məmmədhəsənova ilə Azərbaycan-Rusiya Gənclər Assosiasiyası arasında gələcək əməkdaşlıq istiqamətində memorandum imzalanıb. Eyni zamanda, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi ilə Azərbaycan-Rusiya Gənclər Assosiasiyası da memorandum imzalayaraq əməkdaşlıqlarını rəsmi şəkildə təsdiqləyib.
Görüşün davamında işgüzar xanımlar çıxış edərək gələcək layihələr və əməkdaşlıq imkanlarını müzakirə ediblər.



