AQSİA bir sıra QHT-lərlə əməkdaşlıq istiqamətində memorandumlar imzalayıb
November 12, 2025AQSİA idarə heyəti və üzvləri üçün “Strateji Planlama” təlimi keçirilib
November 12, 2025Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İsrail səfirliyinin nümayəndələri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İsrail Dövlətinin səfirliyinin nümayəndələrini qəbul edib. Görüşdə missiya rəhbərinin müavini Avital Rosenberg, İqtisadiyyat və Ticarət Əlaqələri Departamentinin direktoru Kəmalə Ramazanova, AQSİA sədri Səkinə Babayeva, icraçı direktor Nigar Ələsgərova, departament rəhbərləri Günel Məmmədhəsənova, Təranə Məmmədova, Gülnarə Xəlilova, Ulduz Xanlarova və digər işgüzar xanımlar iştirak ediblər.
Görüşün əsas məqsədi assosiasiya ilə tanışlıq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub. 13 avqust tarixində keçirilən görüş zamanı İsrail Dövlətinin Səfirliyi Azərbaycanda həyata keçirilən layihələr, proqramlar və təlim kursları barədə məlumat verib. Eyni zamanda tərəflər gələcək əməkdaşlıq perspektivlərini və ortaq layihə imkanlarını müzakirə ediblər.



