AQSİA sədri Səkinə Babayeva Gürcüstan nümayəndələri ilə görüş keçirib
November 12, 2025Bakı Mühəndislik Universitetində “Sabahın Qadın Sahibkarları” layihəsi çərçivəsində görüş keçirilib
November 12, 2025Dövlət Gömrük Komitəsi və ASK-nın birgə təşkil etdiyi tədbirdə gömrük-sahibkarlıq münasibətlərinin inkişafı və şəffaflığın artırılması müzakirə olunub
İyunun 21-də Bakı şəhərində, “Hilton” otelində iş adamları ilə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib. Tədbir Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən birgə təşkil olunub.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ASK-nın prezidenti Məmməd Musayev və sahibkar ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların əsas məqsədinin sahibkarlıq mühitinin yaxşılaşdırılması və iş adamları üçün əlverişli şəraitin yaradılması olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, gömrük sistemində aparılan islahatlar, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və şəffaflığın artırılması sahibkarlığın inkişafına birbaşa dəstək verir.
Milli Məclisin komitə sədri Ziyad Səmədzadə gömrük sistemində şəffaflığın təmin olunması istiqamətində atılan addımların iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərdiyini bildirib. Niyazi Səfərov isə çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi modelin davamlılığında gömrük orqanları mühüm rol oynayır.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva da çıxış edərək gömrük-biznes münasibətlərinin şəffaf və qarşılıqlı etimada əsaslanmasının vacibliyini vurğulayıb. O, sahibkarların hüquqlarının qorunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və biznes proseslərinin sadələşdirilməsi istiqamətində təkliflərini səsləndirib.
Daha sonra tədbirdə iştirak edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda Dövlət Gömrük Komitəsi ilə ASK arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.



