AQSİA şəhid və qazi ailələri üçün bayram tədbiri təşkil edib
November 11, 2025“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
November 12, 2025Bakı Konqres Mərkəzində keçirilən forumda qadın hüquqlarının inkişafı, əldə olunan nailiyyətlər və gələcək hədəflər müzakirə olundu
Mayın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ictimai-siyasi xadimlər və respublikanın bütün regionlarından gələn nümayəndələr iştirak ediblər.
Forumun əsas məqsədi 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşlara bərabər hüquqların verilməsinin, xüsusilə qadınlara seçki hüququnun tanınmasının 100 illiyini qeyd etmək, son əsrdə qadın hüquqlarının müdafiəsi və ictimai-siyasi fəallığın artırılması sahəsində əldə olunan nailiyyətləri müzakirə etmək, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələri müəyyənləşdirmək olub.
Tədbir çərçivəsində çıxışlar dinlənilib, qadınların dövlət idarəçiliyində, elm, təhsil, mədəniyyət və ictimai həyatın müxtəlif sahələrindəki rolu vurğulanıb. Forumun yekununda qətnamə qəbul edilib. Qətnaməni Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə səsləndirib.
Həmçinin, forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciəti Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva oxuyub.
Tədbir iştirakçıları vurğulayıblar ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynayıb və bu gün də ölkənin sosial-iqtisadi, mədəni və siyasi həyatında fəal iştirak etməklə, dövlətin dayanıqlı inkişafına töhfə verir.



